Azərbaycan Mərkəzi Bankı (AMB) valyutua mübadiləsi xidməti göstərən "Delta Capital" və "Meta-Kapital" MMC-lərin vəzifəli şəxslərini cərimə edib.
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, adları çəkilən şirkətlərin hər birinin bir vəzifəli şəxsi 1 000 cərimə edilib.