2024-cü ildə Dövlət Neft Fondunun təşkil etdiyi valyuta hərraclarında satılan dollar kütləsinin həcmi 2023-cü illə müqayisədə təqribən 3 dəfə artıb.
FED.az xəbər verir ki, bu artım yanvar-sentyabr ayları üzrə qeydə alınıb.
Neft Fondu 2024-cü ilin sentyabr ayı üzrə valyuta hərraclarında satılan dollar həcmini açıqlayıb. Fondun məlumatınva görə, ötən ay hərraclarda 732 milyon dollar satılıb. Bu ötən ilin sentyabr ayı ilə müqayisədə 4,4 dəfə artıqdır.
Ümumiyyətlə sentyabr ayında valyutu hərraclarında satılan valyuta həcmi ilin əvvəlindən başlanan dollar rallisini davam etdirib.
Belə ki, bu il valyuta satışı ötən illə müqayisədə təqribən 3 dəfə artıb. 2023-cü ilin ilk 9 ayında 2,1 milyard dollar satıldığı halda, 2024-cü ilin eyni dövründə valyuta satışı 5,7 milyard dolları keçib.
2024-cü ildə dollar satışı elə ilin əvavəlindən, yanvardan başlayıb – 417 milyon dollar və ya əvvəlki yanvardan 2,2 dəfə artıq.
2024-cü ildə yalnız mart ayında dollar satışı 2023-cü illə müqayisə oluna bilər. Qalan bütün aylarda dolların satışı əvvəlki ildən dəfələrlə artıq olub.
Fevralda dollar satışı əvvəlki ildən 2,5 dəfə, apreldə 2,2 dəfə, mayda 2 dəfə, iyunda isə 5 dəfə, iyulda isə 3 dəfə artıq olub. Avqust ayında dollar satışı növbəti rekord vurub – 763 milyon dollar və ya əvvəlki ildən 8 dəfə artıqdır.
|
2023 |
2024 |
Yanvar |
188,5 milyon dollar |
417,0 milyon dollar |
Fevral |
356,6 milyon dollar |
920,5 milyon dollar |
Mart |
383,9 milyon dollar |
498,3 milyon dollar |
Aprel |
286,0 milyon dollar |
623,4 milyon dollar |
May |
277,2 milyon dollar |
558,6 milyon dollar |
İyun |
78,9 milyon dollar |
405,6 milyon dollar |
İyul |
272,7 milyon dollar |
826,3 milyon dollar |
Avqust |
93,9 milyon dollar |
763,0 milyon dollar |
Sentyabr |
164,5 milyon dollar |
732,3 milyon dollar |
Yanvar-sentyabr cəmi |
2 102,2 milyon dollar |
5 745,0 milyon dollar |