Azərbaycanda sürətli pul köçürmələrinin həcmi azalıb.
Eləcə də bax: Koronavirus pul göndərişləri sisteminin işinə də - ÖZ TƏSİRİNİ GÖSTƏRİB
FED.az Banker.az-a xəbər verir ki, banklara daxil olan sürətli pul köçürmələrin sayı 219,6 min ədəd təşkil etməklə 140,9 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 641,6 manat olmaqla). Bildirək ki, bundan öncə bu növ pul köçürmələrdən banka daxil olmaların həcmi cari ilin yanvarında 153,9 mln. manat, ötən ilin eyni dövründə 145,5 mln. manat olmuşdu təşkil edib.
Bundan əlavə banklardan kənara 99,2 minlik əməliyyat baş tutub ki, bunun məbləği 68,8 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 693,6 manat). 2020-ci ilin ilk ayında banklardan kənara 69,6 mln. manat, öncəki il isə 66,9 mln. manat vəsait köçürülmüşdü.