İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Bəhruz Mustafaya Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrıb.
Sitrus meyvələrinin yetişdirilməsi üçün 1 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLDİ
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
"Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir", - deyə o qeyd edib.