Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı müəyyən tələblər var və hazırda ölkədə 4 sistem əhəmiyyətli bank fəaliyyət göstərir.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - ARTIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Rəşad Orucov keçirilən mətbuat konfransında deyib.
R.Orucovun sözlərinə görə, pandemiya səbəbindən banklara kapital adekvatlığı tələbi 1 % aşağı salınıb:
“Artıq pandemiyadan çıxış olduğuna görə, kapital adekvatlığı tələbi bərpa olunub”.
Belə ki, sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək minimum 11 % həddində müəyyən olunub. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı isə 1 yanvar 2021-ci il tarixinədək 9 %-dən az ola bilməzdir.
Qeyd edəki ki, Mərkəzi Bankın kapital adekvatlığı əmsalı üzrə tələbi sistem əhəmiyyətli banklarda 12 %, digər banklarda isə 10 % həddindədir.
Hal-hazırda ölkədə 26 bank fəaliyyət göstərir.