Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)sistem bankların məcmu kapitalın adekvatlıq əmsalı və I dərəcəlikapitalın adekvatlıq əmsalına minimal tələblərin artırılması qrafikini təsdiq edib.
FED.az xəbər verir ki, bu qrafik yeni “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda nəzərdə tutulur. Yeni qaydalar 24 may 2019-cu il tarixindən etibarən qüvvəyə minəcək.
Yeni qaydalarda sistem əmələ gətirən (sistem) bank anlayışı nəzərdə tutulur (bu cür bankların meyarlarını maliyyə tənzimləyicisi müəyyən edir ).
Xüsusilə, 1 iyun 2019-cu il tarixindən etibarən sistem bankların məcmu kapitalın adekvatlıq əmsalının minimal səviyyəsi 11%-i, 1 yanvar 2020-ci ildən etibarən – 12% təşkil etməlidir (qalan banklar üçün adekvatlıq əmsalı 10% səviyyəsində qalacaq).
1 iyun 2019-cu il tarixindən etibarən I dərəcəlikapitalın adekvatlıq əmsalın minimal səviyyəsi 5,5%, 1 yanvar 2020-ci ildən etibarən – 6% təşkil etməlidir (qalan banklar üçün 5% səviyyəsində qalacaq).
Sistem bankları anlayışının təbtiqi ilə leverec əmsalına tələblər də dəyişir. Sistem banklarında bu göstərici 5% səviyyəsində qalacaq, qalan banklar üçün – 4%-dək azalır.
Bundan əlavə, qaydalara əsasən, bank aktivləri üzrə risk qruplarının təsnifatında artım nəzərdə tutulur. Yeni qaydalara əsasən, bu ür qrupların sayı 5-dən 8-dək artırılıb: 0%, 20%, 35%, 50%, 75%, 100%, 120% və 150%.
© İnterfaks-Azərbaycan