«Savalan» ASC-nin maliyyə fəaliyyətinin araşdırılması üçün müstəqil auditor təyin ediləcək.
Eləcə də bax: Azərbaycanda bu şirkətin dividendləri bölüşdürüləcək
FED.az xəbər verir ki, bu məsələ şirkətin səhmdarlarınnı növbədənkənar ümumi yığıncağında müzakirə ediləcək.
Səhmdarların toplantısı 19 noyabr 2021-ci il saat 12.00-da Bakı şəhəri, Keşlə qəsəbəsi, 1- ci Önünə küçəsi 19 nömrəli ünvanda “Savalan” ASC-nin ofisində keçiriləcək.
Ümumi yığıncaqda «Savalan» ASC-nin idarəetmə or¬qanlarının üzvlərinin yenidən seçilməsi və şirkətin maliyyə fəaliyyətinin araşdırılması üçün müstəqil auditorun təyin edilməsi məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, «Savalan» ASC-nin səhmləri birjada dövr edir. Təqribən bir ay əvvəl sentyabrın 6-da Bakı Fond Birjasının qərarı ilə bu səhmlərlə ticarət daynadırılsa da, iki gün sonra sentyabrın 8-dən satış yenidən bərpa edilmişdi.