Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun inkişaf tendensiyaları müzakirə edilib.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüşüb ötən rübə dair göstəriciləri, ortamüddətli perspektivdəki strateji təşəbbüsləri nəzərdən keçirdik, sektorun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.