Ukrayna ilə müharibə və Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində rus rublunun ucuzlaşması özünü Azərbaycanda da göstərib.
Eləcə də bax: Rus rublu çökür - 1 dollar 118 rubl oldu!
FED.az xəbər verir ki, son günlər tədricən ucuzlaşan rus rublu fevralın 28-də manat qarşısında kəskin dəyər itirib.
Mərkəzi Bankın bu günə açıqladığı rəsmi məzənnələrə əsasən 1000 rus rublu cəmi 15,7 manatdır.
Qeyd edək ki, fevralın 25-də 1000 rus rublunun məzənnəsi 22 manat idi, başqa sözlə bir gün ərzində rusiya milli valyutası manat qarşısında 21% dəyər itirib.
Fevralın əvvəlində isə 1000 rus rublu 227 manat idi. Başqa sözlə, təkcə fevralın əvvəlindən indiyədək rubl manat qarşısında 31% ucuzlaşıb.