Banner

Maliyyə

Azərbaycanda repo əməliyyatlarında  - 12 DƏFƏLİK KƏSKİN ARTIM

Azərbaycanda repo əməliyyatlarında  - 12 DƏFƏLİK KƏSKİN ARTIM | FED.az
11:53 27 May 2019

Qarşıdakı illərdə Azərbaycanın qiymətli kağızlar bazarında sürətli inkişaf gözlənilir. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə də bu sahədə müsbət yeniliklər olub. «2018-ci ildə qiymətli kağızlar bazarının inkişafı çox müsbət qiymətləndirilir» - deyə İ.Alışov bildirib. Onun sözlərinə görə ötən il ölkədə kapital bazarının həcmi 56,2% artaraq 24,555 milyon manata çatıb. O cümlədən dövlətə məxsus kapital bazarının həcmi 2,2 dəfə artaraq 13,341 milyard manata yüksəlib.

Ən böyük artım isə indiyədək passiv sahə sayılan repo  məəliyyatlarında qeydə alınıb: «Bu bazarın ən passiv seqmenti olan report əməliyyatların bazarında isə təxminən 12 dəfə artım baş verib və bazarın həcmi 612 milyon manat olub», - deyə o, qeyd edib.

Eləcə də bax: «Əli ilə verdiyi krediti ayağı ilə» axtarır – BANK HESABATI

Digər xəbərlər

Banner