Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl istiqrazlar" üzrə tənzimləmə çərçivəsinin formalaşdırılmasına böyük önəm verir.
Taleh Kazımov: "Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə "yaşıl istiqrazlar"la bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq hökumətə təqdim edilib: "Digər önəmli təşəbbüs olan "yaşıl kreditləşmə"nin tətbiqi üçün tənzimləmə çərçivəsində işlərimizi sürətləndirmişik".
O qeyd edib ki, AMB olaraq şəffaflığa və hesabatlılığa önəm veririk: "Dayanıqlı maliyyə ilə bağlı hesabatın bu il ilk dəfə təqdim edilməsi bunun bir göstəricisidir". (Report)