İpoteka və Kredit Zəmanət Fondu indiyə qədər "portfel təminatı mexanizmi" çərçivəsində 360 sahibkarın 5,33 milyon manat kreditinə 4 milyon manatlıq zəmanət verib.
Banklarda ən sərfəli biznes kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (Fevral, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Fondun Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib.
Onun sözlərin görə, verilmiş kreditlərin orta məbləği 5-15 min manatdır.
"Onlar əsasən kənd təsərrüfatı, tikinti sektoru, turizm, ticarət, logistika və xidmət sektoruna yönəldilib", - deyə Fond rəsmisi qeyd edib.
Xatırladaq ki, "Portfel təminatı mexanizmi" çərçivəsində kredit portfelinə daxil olan kreditin məbləği 5 000 manatdan az və 50 000 manatdan çox, kreditin illik faiz dərəcəsi 25 %-dən yüksək, kreditin müddəti 3 aydan az və 3 ildən çox, kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalıdır. Fondun verdiyi zəmanət isə 75 % həcmində müəyyən edilib.
"Ənənəvi kredit zəmanət mexanizmində olduğu kimi "portfel təminatı mexanizmi"ndə də Fondla Çərçivə Müqaviləsi bağlamış 17 müvəkkil bankla əməkdaşlıq edilir", - deyə departament direktoru əlavə edib. (Report)










