Dünya birjalarında qızılın bahalaşması Azərbaycanda da təsirsiz ötüşmür.
Qızıl bahalaşdı - Bu məhsulun Azərbaycana idxal qiyməti də açıqlandı - VİDEO
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib.
Bu da martın əvvəlindən bu tərəfə qızılın bir unsiyasını 189.63 manat və ya 5.45% bahalaşması deməkdir.
Bir tryo qızıl təqribən 31.10 (31.1034768) qrama bərabərdir.
O zaman bir qram qızılın ölkədə rəsmi məzənnəsi bu günə 117.9 manat təşkil edəcək ki, bu da bir gündə hər qramın 1.67 manat və ya 1.44% bahalaşması deməkdir.
Martın əvvəlindən bu tərəfə dünya birjalarında qızılın qiyməti artmağa başlayıb. Qızılın bahalaşaraq dünya birjalarında tarixi maksimuma yüksəlməsinin arxasında dayanan əsas faktor indiyə qədər antiinflyasiya tədbiri olaraq əsas mərkəzi bankların indiyə qədər yüksəltdiyi faizləri növbəti aylardan yavaş-yavaş endirəcəyi ilə bağlı ehtimallardır. Belə olan halda qızıl investorlar üçün cari durumda ehtiyat limanı kimi daha cəlbedici görünür və dollarla ölçülən qızılın məzənnəsi yüksəlmiş olur.
Azərbaycanda isə dollar/manat 2017-ci ildən 1.7 məzənnəsində sabit qaldığı üçün ABŞ dollarının istənilən dinamikası ilə korrelyasiya etmiş olur.
Qızılın bir unsiyasının spot qiyməti 2 155.71 ABŞ dollarıdır.
1 t.u. qızıl XAU – 3666.9 manat
1 t.u. gümüş XAG – 41.0141manat
1 t.u. platin XPT 1545.0535 manat
1 t.u. palladium XPD – 1760.3245 manat (Banker.az)