Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 130,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,2 % çoxdur.
Maliyyə Nazirliyi 1,1 milyard manatdan çox kəsiri olan büdcə haqqında məlumatları - AÇIQLADI
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 59,5 % təşkil edib.
Sektor üzrə daxilolmaların 56,5 %-i və yaxud 7 milyard 414,6 milyon manatı vergi daxilolmaları, 35,8 %-i və yaxud 4 milyard 706,6 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4 %-i və yaxud 582,2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 24,4 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1 %-i və yaxud 403 milyon manatı isə sair gəlirlər olub.