2022-ci ilin yanvar-may aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 3,8% - 37 milyard 1,1 milyon manata qədər artıb, bu da rekord göstəricidir.
Eləcə də bax: Əhalinin banklardakı əmanətləri 23%-ə yaxın - ARTIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin may ayında pul kütləsi 6,8% artıb.
Mayın 31-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 11 milyard 252 milyon manat təşkil edib, may ayında 3,8%, yanvar-may aylarında 2,8% artım qeydə alınıb.
M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 21 milyard 888,4 milyon manat təşkil edib. May ayında 4,8% artım, 5 ay ərzində - 6,3% artım qeydə alınıb.
M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 25 milyard 371,1 milyon manat təşkil edir, may ayında 4,8%, ilin əvvəlindən 6,3% artım olub.
Mayın sonuna xarici valyutada depozitlər 11 milyard 630 milyon manat təşkil edib, hesabat dövründə 8%, mayda 1,8% artım qeydə alınıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2022-ci il aprelin sonuna olan 32%-ə qarşı mayın 31-nə 31,4% təşkil edir. (İnterfaks-Azərbaycan)