Azərbaycanda pul bazası bu il iyunun 1-nə 8 404 mln. manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 8,6 mln. manat və ya 0,10% azdır.
İlin əvvəlinə nisbətən pul bazası 138,8 mln. manat və yaxud 1,63% azalıb, son 1 ildə isə 615,7 mln. manat və yaxud 7,91% artıb.
Xatırladaq ki, aprel ayında pul bazası 2017-ci ilin dekabr ayından bəri ilk dəfə azalma nümayiş etdirib.