Aprelin 1-nə ölkədə pul bazası 8 milyard 946,3 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu rəqəm ötən ayın 1-i ilə müqayisədə 67,8 milyon manat azdır. Son 1 ildə isə pul bazası 524,7 milyon manat azalıb.