Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manat təşkil edib.
Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 10,25 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 18,1 %, son 1 ildə isə 28,65 % artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət fevralın sonuna 1,8 %, ötən ilin sonuna 1,6 %, ötən il martın sonuna da 1,6 % olub.













