Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat təşkil edib.
AMB-nin son qərarı kredit faizlərinə təsir edəcək? - AÇIQLAMA
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,3 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 % artıb, 1 ildə isə 22,6 % azalıb.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il fevralın sonuna isə 3 % olub.