2021-ci ilin May ayında Azərbaycanda POS-terminalların sayı 615 ədəd artaraq 59 min 651 ədədə çatıb.
Azərbaycan bankları bir ildə 231 yeni bankomat quraşdırıb
FED.az Mərkəzi Bankın statistikasına istindən xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində isə POS-terminalların sayı 2 min 531 ədəd artıb. 2020-ci ilin sonunda POS-terminalların sayı 57 min 120 ədəd təşkil etmişdi.
May ayın sonunda pərakəndə ticarət obyektlərində 58 min 242 POS-terminal olub.
2015-ci ilin sonunda Azərbaycanda POS-terminalların sayı 80 min 301 ədədə çatmış, sonradan azalmağa başlamış və 2020-ci ilin İyun ayında 55 min 631-ədək düşmüşdü.(marja)