"2020-ci ilin iyun ayından bu il aprelin 1-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib."
Eləcə də bax: Bu il sahibkarlara verilən güzəştli kreditlərin məbləği - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6 290 müraciətdən 5 010-u üzrə müsbət qərarlar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 milyon manat olub", - deyə nazir qeyd edib. (Report)