"Universal Lizinq” MMC ləğv olunduğunu elan edib.
Eləcə də bax: Azərbaycanda lizinq şirkətinin departament müdirinə - CİNAYƏT İŞİ AÇILDI
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Universal Lizinq” ötən ilin mart ayında yaradılıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Anar Ziya oğlu Nəcəfzadədir. (Renkinq)