2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 3 116 milyon manat proqnozlaşdırılsa da, faktiki 1 017 milyon manat təşkil etməklə proqnozdan 67,4% az olub.
Eləcə də bax: Dövlət əmlaklarının icarəsindən büdcəyə ödəmələr proqnozdan - 47% ÇOX OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, kəsrin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait (112,7 milyon manat) hesabına həyata keçirilib.