2024-cü ildə Azərbaycanda 1 436 bələdiyyə məcburi audit subyekti olub.
FED.az xəbər verir ki, Auditorlar Palatasının məlumatına görə, bu, 2023-cü illə müqayisədə 10,6 % azdır.
Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 4,7 % azalaraq 709-ə düşüb, onların xüsusi çəkisi isə 46,3 %-dən 49,4 %-ə yüksəlib. Başqa sözlə, il ərzində bələdiyyələrin 50,6 %-i auditdən keçməyib. (Report)