2019-cu ildə Azərbaycanda 57 sərbəst auditorun və 123 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filial və nümayəndəliyi və 15 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.
Eləcə də bax: Auditorlar Palatası 2020 üzrə - PLANLARINI AÇIQLADI – TOPLANTI
FED.az bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.
Məlumata görə, ötən il auditor fəaliyyətini həyata keçirmək hüququ verən 13 auditor təşkilatının öz ərizələrinə, 4-nün isə Şura qərarına əsasən icazələri müvəqqəti olaraq dayandırılıb, auditor fəaliyyətini həyata keçirmək hüququ verən 29 auditor təşkilatına və 3 sərbəst auditora icazə verilib.