2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankomat və POS-terminallar vasitəsilə debet və kredit kartlar üzrə dövriyyə 2,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
Azərbaycandakı ödəniş terminalları yeni əskinasları - Niyə Tanımır?
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabat dövründə ödəmə kartları ilə əməliyyatların sayı 22,7 milyon təşkil edib və əvvəlki illə müqayisədə 41,7 faiz çox olub. Bunun ümumilikdə 122 milyon manatlıq 2,54 milyon əməliyyat ölkə xaricində həyata keçirilib.
Debet kartları ilə əməliyyatların sayı 19,76 milyon, məbləği 2,44 milyard manat təşkil edib. Bunlardan 1,777 milyard manat məbləğində 7,45 milyon əməliyyat bankomatlar vasitəsilə, 248 milyon manat məbləğində 4,4 milyon əməliyyat POS-terminallar vasitəsilə həyata keçirilib.
Kredit kartları ilə əməliyyatların sayı 2,95 milyon, məbləği 157 milyon manat təşkil edib. Bunlardan 37 milyon manat məbləğində 243 min əməliyyat bankomatlar vasitəsilə, 74 milyon manat məbləğində 1,49 milyon əməliyyat POS-terminallar vasitəsilə həyata keçirilib.
Fevral ayında ödəniş kartlarının sayı 2020-ci ilin fevralı ilə müqayisədə 22,3 faiz artaraq 9,58 milyona çatıb.(trend)