Azərbaycanda narkomaniyaya qarşı mübarizə prosesinə ölkənin «maliyyə kəşfiyyatı» - Maliyyə Monitorinq Xidməti və Mərkəzi Bank da qoşulacaq.
Narkomanlıq arayışını ASAN Xidmət verəcək - YENİLİK
FED.az xəbər verir ki, bu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramnda nəzərdə tutulub.
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
Proqramda deyilir ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə istifadə edilən maliyyə mexanizmləri və bu sahədən əldə edilən vəsaitin yönəldildiyi əsas sahələr nəzarətə götürüləcək
Dövlət Proqramında bildirilir ki, Maliyyə Monitorinqi Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə istifadə edilən maliyyə mexanizmlərini, bu sahədəki ödəniş üsul və vasitələrini, eləcə də satışdan əldə edilən vəsaitin yönəldildiyi əsas sahələri (aktivləri), habelə belə vəsaitlərin əsas leqallaşdırılma üsullarını müəyyənləşdirməlidir.
Bunun əsasında isə narkomaniya ilə mübarizədə istifadə olunacaq risk indikatorları formalaşdırılacaq.
Bu proses Maliyyə Monitorinqi Xidmətinə həvalə edilib, amma ona bu işdə Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, Dövlət Təhlükəsizliyi Xidməti dəstək verəcək.
Bu məqsədlə 2025– 2027-ci illərdə risk indikatorlarının formalaşdırılması məqsədilə qurumlararası işçi qrupun yaradılması və indikatorların yaradılması nəzərdə tutulur.
İşçi qrup narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə istifadə edilən maliyyə mexanizmlərinin, ödəniş üsul və vasitələrinin, satışdan əldə edilən vəsaitin yönəldildiyi əsas sahələrin, belə vəsaitlərin əsas leqallaşdırılma üsullarının müəyyən edilməsi işini də həyata keçirəcək.