2020-ci il ərzində ölkə daxilində nağdsız ödənişlərin həcmi 34% artıb.
Eləcə də bax: Nağdsız ödənişlərin inkişafı üzrə fərqlənən banklar - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
“2020-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə əməliyyatların həcmi 2019-cu illə müqayisədə 26%, nağdsız əməliyyatlarının həcmi isə 34% artıb”, - AMB-dən qeyd olunub.
Hesabat dövründə Azərbaycanda kontaktsız əməliyyatların sayı 4,3 dəfə, əməliyyatların həcmi – 5,4 dəfə artıb.
Elektron ticarət vasitəsilə əməliyyatların sayı 55%, onların həcmi – 22% artıb. (İnterfaks)