2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib.
Azərbaycandakı bank filialları və şöbələrinin sayı - AÇIQLANIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nağdsız əməliyyatların həcmi 2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 2313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.
Bundan əlavə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS terminalların sayı isə 29.8% artıb. (Apa)