Azərbaycanda 2018-ci ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 31% artaraq 274 mlrd.manat (ÜDM-in 3.4 misli), kart dövriyyəsində nağdsız ödənişlərin həcmi isə 17% təşkil edib.
Bu barədə FED.az-a AMB-dən bildirilib. Müqayisə üçün deyək ki, 5 il əvvəl bu göstərici 6% idi. Elekton bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18,7 dəfə artaraq 36.4 mlrd. manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10,4 mln. ədəd təşkil edib.
Azərbaycanda nağdsız əməliyyatlar - 7 DƏFƏ ARTIB
13:47
28 Fev 2019