2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 989,332 mln. nağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır.
Eləcə də bax: Azərbaycanda nağd avro alışı iyunda - 2 Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə iyun ayında əhali 170,743 rubl alıb ki, bu da may ayı ilə müqayisədə 17,1% çoxdur.
Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 7,619 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 22,9% çoxdur. Təkcə iyun ayında bu göstərici 1,671 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 22,4% çoxdur. (Apa)