Maliyyə

Azərbaycanda nağd pul kütləsi son bir ayda - 11% AZALIB

Azərbaycanda nağd pul kütləsi son bir ayda - 11% AZALIB | FED.az
17:30 29 Aprel 2020

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 721,2 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 1 895,5 mln. manat və ya 6,6% azdır.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 522,4 mln. manat və ya 10,42% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) aprelin 1-nə 8 530,8 mln. manat təşkil edib. Bu isə martın 1-nə nisbətən 1 048,4 mln. manat və ya 10,9% azalma deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 995,8 mln. manat və ya 13,2% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Apa

Digər xəbərlər

Banner