Bu ilin yanvar-may aylarında Azərbaycandakı kommersiya bankları tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 63,931 mln. avro təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 44,3% azdır.
Eləcə də bax: Azərbaycanda nağd dollar alışı - Kəskin Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə maya ayında əhali 7,448 mln. avro alıb ki, bu da aprel ayı ilə müqayisədə 2,5 dəfə azdır. Qeyd edək ki, bu həcm ötən ilin aprel ayından (5,250 mln. avro) bəri qeydə alınmış ən aşağı aylıq göstəricidir.
Bundan başqa, cari ilin ilk beş ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 25,394 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 33,6% azdır. Təkcə mayda bu göstərici 5,828 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 2,8% çoxdur. (Apa)