Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.
"Büdcə proqnozlaşdırılmasında neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
"Bu risklər fonunda Beynəlxalq Valyuta Fondu cari ilin oktyabr hesabatında qlobal iqtisadi artımı 2023-cü il üzrə 3 %, 2024-cü il üzrə isə 2,9 % səviyyəsində proqnozlaşdırılıb", - deyə nazir bildirib. (Report)