2025-ci ildə Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,91 faiz bəndi artırıcı təsir edib.
Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi inflyasiyaya 2,69 faiz artırıcı təsir edib.
Xatırladaq ki, AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilir.
Ötən ilin oktyabr ayında qurum illik inflyasiyanın 2026-cı ildə 5,7 % olacağını açıqlamışdı.










