"Azərbaycan Banklar Assosiyası" (ABA) İctimai Birliyinin nəzdindəki işçi qrup “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişiklikləri Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edib.
Eləcə də bax: Bakı metrosunda "ağıllı" üzük və saatla ödəniş etmək - Mümkün Olacaq
FED.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, müzakirələr çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulunub. Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir. (Report)