Ötən ilin sonuna Azərbaycanda mikro sahibkarlara verilən kreditlərin təxminən 60 %-ə yaxını təminatsız və ya qismən təminatlı olub.
"Son bir ildə mikrokreditlərin həcmi 31% artıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda deyib.
“Ötən ilin sonuna bankların biznes kreditləri üzrə portfelinin 46 %-i tam, 34 %-i qismən təminatlı, qalan hissəsi isə təminatsız kreditlərdən ibarət olub. Eyni zamanda mikro sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin 41,3 %-ni, qismən təminatlı kreditlərin həcmi isə 18,2 %-ni təşkil edib. Eyni zamanda orta sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin təqribən 20 %-ni, qismən təminatlı kreditlərin həcmi isə təqribən 33 %-ni təşkil edib”,- deyə o qeyd edib.
T. Əliyev son 5 ildə bankların biznes kredit portfelində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payınınn 14,4 faiz bəndi artaraq 50 %-i üstələdiyini vurğulayıb. (Report)