AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, İntiqam Səfərəliyev 2007 ildən Çelsi Kapital şirkətinin Direktoru vəzifəsində çalışmış, şirkətin 3 il ərzində Maliyyə sektorunda birinci yerə gəlməsinə və 3 il ərzində də bu yerdə qalmasını təmin etmişdir.
Eləcə də bax: Maliyyə Palatasının Rəhbərliyindən – BANK RƏHBƏRLİYİNƏ – MÜHÜM TƏYİNAT
2014-cü ildən AzFinance İnvestisiya Şirkətinə Direktor müavini təyin edilmiş və son 5 ili AzFinance İnvestisiya Şirkətinin Direktor müavini vəzifəsində çalışmışdır. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzfəsində də çalışmışdır.
İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.
Evlidir. 3 övladı var.
Fins