Bu ilin martın 1-nə Azərbaycanda manatla pul bazası 12 863 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını - Cüzi Artırıb
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ötən ay ərzində ölkədə manatla pul bazası 0,6%, illik müqayisədə isə 6,2% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir. (Apa)