Bu ilin mayın 1-nə Azərbaycanda manatla pul bazası 13 281,6 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda bu il kreditləşmənin ən çox artdığı sahələr - Açıqlanıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verilən məlumata görə, son bir ayda manatla pul bazası 0,3% azalıb, illik müqayisədə isə 32% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir. (Apa)