Bu ilin yanvar-sentyabr aylarında maliyyə fəaliyyəti ilə məşğul olanların orta aylıq əmək haqqı 2 383,6 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 138,1 manat idi.
Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə maliyyəçilərin sayı 31 min 816 nəfərə olub. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 8,9% artıb. 2022-ci ilin eyni dövründə 29 min 216 nəfər bu sahədə çalışırdı.