Azərbaycanda maliyyə icarəsi xidmətlərinin dəyərinin azalacağı gözlənilir.
Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə göstərilən maliyyə xidmətlərinin həcmi məhduddur: "Biz məhz bu qanunun qəbulu ilə bu xidmətlərin genişləndirilməsini nəzərdə tuturuq. Eyni zamanda, məlumdur ki, banklar və bank olmayan kredit təşkilatları, xüsusən də banklar maliyyə icarəsi xidmətləri göstərən şəxslərin kreditləşdirilməsi həyata keçirilir. Dolayı yolla cəlb edilən resursların dəyəri onlar tərəfindən təqdim edilən xidmətlərin dəyərini formalaşdırır".
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatında bu sahənin inkişaf etdirilməsi üçün çox ciddi potensial mövcuddur: "Geriyə maliyyə icarəsi" də kifayət qədər mühüm bir alətdir. Faktiki olaraq bu mexanizm çərçivəsində subyekt özünün aldığı avadanlığı (icarə obyektini) icarəyə verənə satmaqla və ondan icarəyə götürməklə bir növ likvidliyini bərpa etmiş olur. Düşünürəm ki, bu, kreditlərə alternativdir". (report)













