Azərbaycanda lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi gündəmə gəlib.
Elnur Əliyev: "Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq"
FED.az "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələ ötən gün qurumun “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşündə müzakirə edilib.
Görüş rəqəmsal ödənişlərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, ekosistemin əhatə dairəsinin genişləndirilməsi və effektiv tarif siyasətinin tətbiqi mövzusunda keçirilib. Görüşdə fintexlərlə əməkdaşlıq istiqamətləri, qanunsuz lotereya oyunlarına qarşı birgə mübarizənin davam etdirilməsi, lotereya və idman mərc oyunlarının nağdsız dövriyyəyə cəlb edilməsi və Ani Ödənişlər Sistemi üzərindən yeni ödəniş əməliyyatlarının emalı müzakirə olunub.
Həmçinin, Banklararası Kart Mərkəzinin fəaliyyəti üzrə mövcud Kollektiv Sazişin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar, habelə bir qrup fəaliyyət növləri üzrə effektiv interçeync xidmət haqlarının tətbiq edilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.