Azərbaycanda maliyyə və kredit təşkilatları üçün hesabatlılıq tələblərinə dəyişiklik edilir.
Azərbaycanda iş adamları üçün güzəştlər – DAHA 5 İL ARTIRILIR
FED.az xəbər verir ki, bununla bağlı bir neçə qanunvericilik aktına dəyişikliklər hazırlanıb və Milli Məclisdə baxılır.
"Valyuta tənzimi haqqında", "Kredit ittifaqları haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Mühasibat uçotu haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Kredit büroları haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi banklar, kredit ittifaqları, hətta valyuta mübadiləsi üçün lisenziya almış şəxslərə şamil olunacaq.
Beləliklə,
"Valyuta tənzimi haqqında" qanuna aşağıdakı məzmunda 3-1-ci maddə əlavə ediləcək:
"Maddə 3-1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin mühasibat uçotu
3-1.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
3-1.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.";
"Kredit ittifaqları haqqında" qanunun 2-ci və 3-cü hissələri aşağıdakı redaksiyada veriləcək:
"2. Kredit ittifaqları maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidirlər. Kredit ittifaqlarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
3. Kredit ittifaqı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, mətbu orqanda və özünün rəsmi internet səhifəsində (olduğu halda) dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.";
Bundan başqa həmin qanuna aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə ediləcək:
"4. Kredit ittifaqı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
5. Kredit ittifaqlarının mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.".
"Banklar haqqında" qanunda 43-cü maddə aşağıdakı redaksiyada veriləcək:
"Maddə 43. Mühasibat uçotu və maliyyə hesabatları
43.1. Bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
43.2. Bankların mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.";
45-ci maddə aşağıdakı redaksiyada veriləcək:
"Maddə 45. Maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi
45.1. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.2. Xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində isə xarici bankın kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.3. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və 45.2-ci maddələri ilə müəyyən edilən müddətlərdə Mərkəzi Banka təqdim etməli, habelə özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.
45.4. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.".
"Poçt haqqında" qanuna aşağıdakı məzmunda 25-1-ci maddə əlavə ediləcək:
"Maddə 25-1. Mühasibat uçotu və maliyyə hesabatları
25-1.1. Poçt rabitəsinin operatoru, o cümlədən milli operator tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
25-1.2. Milli operator illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.".
"Mühasibat uçotu haqqında" qanunda 4.4-cü maddə aşağıdakı redaksiyada veriləcək:
"4.4. Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.";
5.3. 5.3-cü maddədə "sığorta şirkətləri" sözləri "sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər" sözləri ilə, "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözləri isə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin;
"Sığorta fəaliyyəti haqqında" qanunda 78.4-cü maddənin mətni ikinci cümlə hesab ediləcək və aşağıdakı məzmunda birinci cümlə əlavə ediləcək:
"Sığortaçı mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.";
78.8-ci maddə aşağıdakı redaksiyada veriləcək:
"78.8. Sığortaçı maliyyə ilinin bitməsindən ən geci üç ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.";
Sözügedən qanuna aşağıdakı məzmunda 78.8-1-ci maddə əlavə ediləcək:
"78.8-1. Sığortaçı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.";
78.9-cu maddə aşağıdakı redaksiyada veriləcək:
"78.9. Sığortaçının mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.".
"Bank olmayan kredit təşkilatları haqqında" qanunun 20.1-20.4-cü maddələri aşağıdakı redaksiyada veriləcək:
"20.1. BOKT illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
20.2. BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
20.3. BOKT illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
20.4. BOKT-nin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.".
"İnvestisiya fondları haqqında" qanuna aşağıdakı məzmunda 48.4-cü və 48.5-ci maddələr əlavə ediləcək:
"48.4. İnvestisiya fondları və onların idarəçiləri maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
48.5. İnvestisiya fondları və onların idarəçiləri illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.".
"Qiymətli kağızlar bazarı haqqında" qanunun 61.12-ci maddəsi aşağıdakı redaksiyada veriləcək:
"61.12. Lisenziyalaşdırılan şəxslər mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir. Lisenziyalaşdırılan şəxslər maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Lisenziyalaşdırılan şəxslər illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidirlər.";
"Kredit büroları haqqında" qanuna aşağıdakı məzmunda 7.4-cü maddə əlavə ediləcək:
"7.4. Kredit bürosu tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Kredit bürosu illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.".