Azərbaycanda sənaye parkalarında fəaliyyət göstərən iş adamları üçün güzəştlərin müddəti daha 5 il artırılacaq.
Bakıda ən ucuz icarə haqqı olan – 10 BİZNES MƏRKƏZİ – SİYAHI
FED.az xəbər verir ki, bu Vergi Məcəlləsi və «Gömrük tarifi haqqında» qanuna hazırlanan dəyişiklikdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 164.1.28 maddəsində nəzərdə tutulan 5 illik güzəşt müddəti 10 ilə qaldırılacaq. Hazırdv bu maddə belədir:
«164.1.28. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə;»
Eyni dəyişiklik «Gömrük tarifi haqqında» qanunun 20.0.20-ci maddəsinə edilir. Burada da 5 illik güzəşt müddəti 10 ilə qaldırılır. Hazırda bu maddə belədir:
«20.0.20. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 5 il müddətinə.
Nəticədə sənaye parklarında çalışan şirkət və sahibkarlar üçün bütün malların idxalı vergi və görümrük rüsumlarından 2026-cı ilədək azad ediləcək.