Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İstehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma forması”nı təsdiq edib.
ABA: "Biznes kreditlərinin 26%-i, istehlak kreditlərinin 88 %-i girovsuz verilir"
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Yeni forma “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qanununun qüvvəyə mindiyi tarixdən tətbiq ediləcək.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.