Hesablama Palatası gələn il auditin əhatə dairəsini artırmağı, tövsiyənin izlənməsi sistemi hazırlamağı, rəydə təhlil olunan xərclərin əhatə dairəsini genişləndirməyi, səmərəlilik auditinin keçirilməsi zamanı dayanıqlı inkişaf məqsədlərini diqqətdə saxlamağı, IT auditin tətbiqini, maraqlı tərəflərlə əməkdaşlığı təkmilləşdirməyi planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bildirib.
"Ali Audit Orqanı (AAO) olaraq həyata keçirdiyimiz işlərin efektivliyinin artırılması və rəqəmsal transformasiyaya keçidə hazırlığın təmin edilməsi məqsədi ilə məlumatların əldə olunması və emalı prosessinin rəqəmsallaşdırılmasını planlaşdırmışıq. Sadalanan bu işlərin öhdəsindən layiqincə gəlmək üçün Hesablama Palatasında fəaliyyət göstərən kadrların potensialının gücləndirilməsi və əmək bazarında mövcud çağırışlara cavab verməsinin təmin edilməsi də növbəti illərdə diqqət mərkəzində olacaq", - o qeyd edib.