Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İslam Ticarət və İnkişaf Palatasının baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hökumət islam bankçılığı ilə bağlı görüləcək işləri müzakirə edib
FED.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.
“Görüş zamanı Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə islam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi apardıq” - deyə, paylaşımda qeyd edilib.