Xəbər verildiyi kimi, 2026-cı ilin dövlət büdcəsində bəzi sahələrə ayrılan xərclərə qənaət ediləcək. Bu sahələr arasında hüquq-mühafizə orqanlarına ayrılan büdcə də var.
Bu ilin dövlət büdcəsinin xərclərində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri 3 milyard 336,3 milyon manat təsdiq olunmuşdu.
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin sonunda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərclərinin 3 milyard 286,2 milyon manat olması pronozlaşdırılır.
Bu, dövlət büdcəsinin xərclərində təsdiq olunmuş vəsaitdən 50,1 milyon manat və ya 1,5% daha azdır.
Qeyd edək ki, 2025-c ildə dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri 2 milyard 920,2 milyon manat, 2024-cü ildə isə 2 milyard 809,8 milyon manat olmuşdu.












