2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 22 milyon manatı və yaxud 0,1 %-i yaradıcı ittifaqlara, cəmiyyətlərə və dini tədbirlərə ayırmaların payına düşəcək.
Bu ilin 9 ayında Qarabağ üçün dövlət büdcəsindən - 3,7 MİLYARD MANAT XƏRCLƏNİB
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu sahələrə ilk dəfə ayrıca vəsait ayrılır.
Həmin xərclər mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 3,8 %-ni təşkil edəcək.